Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
"Qalatasaray" gələn ay "Bavariya" ilə müqaviləsi başa çatan Leroy Saneni transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi artıq almaniyalı vingerlə danışıqlara başlayıb.
Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
"Qalatasaray" Saneyə illik 12 milyon avro maaş təklif edib. "Sarı-qırmızılılar" 29 yaşlı futbolçunun cavabını gözləyir.
Qeyd edək ki, Almaniya millisinin üzvü başa çatan mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlcəzair millisinin üzvü “Siti”də “Latsio”dan göndərildi – “Torino”ya rəhbərlik edəcək "Reyncers"in yeni baş məşqçisi müəyyənləşib "Latsio"dan yeni transfer Xulian Alvarezin taleyinə aydınlıq gəldi