Qalatasaray Alvaro Morata üçün Milan klubu ilə razılığa gəlib

31.01.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Transfer əməliyyatlarını davam etdirən "Qalatasaray" ispaniyalı hücumçu Alvaro Moratanın icarə transferi ilə bağlı “Milan”la böyük ölçüdə razılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün əvvəlində İtaliya nəhəngi "Milan"a transfer olan Morata komandaya uyğunlaşmaqda çətinlik çəkib və ayrılmaq istədiyini "Milan" rəhbərliyinə bildirib.

Alvaro Morata bu mövsüm İtaliya A Seriyasında 16 matçda 5 qol vurub, Çempionlar Liqasında isə 7 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью