Qalatasaray Ardanı istəyib Ən yaxın adamı vasitəçi oldu

19.05.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray" “Real Madrid"in futbolçusu Arda Güleri transfer etmək istəyib.

Metbuat.az xəbər verir ki, klub transfer üçün Ardaya təklif göndərib. Türkiyəli jurnalist Ali Nacinin sözlərinə görə, "Qalatasaray" transfer məqsədilə Ardanın futbol karyerasını formalaşdıran və çox dəyər verdiyi adamı ilə görüşüb. Məlumata görə, Arda təklifi rədd edib. Futbolçu Türkiyəyə qayıtmaq fikrində olmadığını bildirib.

Qeyd edək ki, bundan əvvəl “Real”ın məşqçisi Karlo Ançellottinin qalacağı təqdirdə Ardanın başqa kluba transfer ola biləcəyi barədə iddialar irəli sürülmüşdü. Karlo Ançelotti “Real”dan ayrılacağını bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью