Qalatasaray ardıcıl altıncı qələbəsini qazandı

21.11.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Superliqasının XII turunda "Qalatasaray" "Samsunspor"u 2:1 hesabı ilə məğlub edərək çempionatda ardıcıl altıncı qələbəsini qazanıb.

Görüş "Başakşehir Fatih Terim" stadionunda keçirilib.

"Qalatasaray"ın qollarını 4-cü dəqiqədə Lukas Torreyra, 53-cü dəqiqədə isə Yunus Akgün vurub.

"Samsunspor"un yeganə qolunun müəllifi isə 57-ci dəqiqədə Məhəmməd Bayo olub.

Ardıcıl altıncı qələbəsini qazanan "Qalatasaray" xallarının sayını 31-ə çatdıraraq liderliyini qoruyub. 7 xalı olan "Samsunspor" isə turu 17-ci pillədə başa vurub.

///oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью