Qalatasaray Argentina klubuna transfer olmaq istəyən futbolçusuna icazə vermədi | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə nəhənglərindən olan "Qalatasaray" Argentinanın "Boka Xuniors" klubunun maraqlandığı Lukas Torreyraya danışıqlar aparmasını qadağan edib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, ulduz futbolçu "Boka Xuniors"a keçmək istəsə də, "Qalatasaray" rəsmiləri müqaviləsi 2026-cı ildə başa çatacaq futbolçuya danışıqlar aparmamasını tapşırıblar.
Qeyd edək ki, dəyəri 13 milyon avro olan Lukas Torreyra "Qalatasaray" forması ilə ümumilikdə 119 matçda meydana çıxıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu