“Qalatasaray” argentinalı tanınmış futbolçu ilə danışıqlara başlayıb AZƏRTAC

17.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı,17 dekabr, AZƏRTAC

Türkiyənin “Qalatasaray” klubu İtaliyanın “Roma” komandasının futbolçusu Paulo Dibala ilə danışıqlara başlayıb.

AZƏRTAC Türkiyə mediasına istinadən xəbər verir ki, argentinalı futbolçunun meneceri Karlos Novel bununla bağlı İstanbula səfər edib. O, İstanbul klubunun rəhbərliyi ilə ilkin danışıqlar aparıb.

Futbolçunun meneceri ötən gün “Qalatasaray”ın “Trabzonspor”u 4:3 hesabı ilə məğlub etdiyi Superliqa oyununu da tribunadan canlı izləyib.

Qeyd edək ki, Paulo Dibalanın “Roma” ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq. O, paytaxt klubundan əvvəl “Yuventus”un formasını geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью