“Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib

21.01.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin “Qalatasaray” komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

SİA xəbər verir ki, Okan Burukun kollektivi VII turda doğma meydanda Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) qəbul edib. “Rams Park”da təşkil olunan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Görüşü estoniyalı baş hakim Kristo Tover idarə edib.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Qalatasaray” 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan “Dinamo” isə sonuncu – 36-cı yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью