“Qalatasaray” Avroliqa oyununa altı itki ilə çıxacaq

11.12.2024

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qalatasaray" Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Malmö" ilə matça itkilərlə çıxacaq. 

QOL.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 

Türkiyə təmsilçisinin görüş üçün açıqladığı oyunçular siyahısında Barış Alper Yılmaz, Viktor Osimhen, Mauro İkardi, Kaan Ayhan, İsmayıl Yakobs və Yusuf Dəmir yer almayıb. Buna səbəb futbolçuların zədələri olub. 

Qeyd edək ki, sözügedən oyun sabah Bakı vaxtı ilə saat 21:45-də, İsveçin "Eleda Stadion"unda keçiriləcək. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью