Qalatasaray axtardığı hücumçunu bundesliqada tapdı

25.08.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın "Ştutqart" klubunda çıxış edən Ermedin Demiroviç Türkiyə Super Liqasına keçə bilər.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Qalatasaray"ın transfer siyahısına düşüb.

Məlumata görə, İstanbul təmsilçisi Bosniya və Herseqovina millisinin üzvü üçün artıq rəsmi təklif göndərib. "Sarı-qırmızılar"ın Demiroviçi heyətinə cəlb etməkdə maraqlı olduğu bildirilir.

Ermedin Demiroviç "Ştutqart" formasında indiyədək 88 qarşılaşmada meydana çıxıb. Hücumçu bu oyunlarda 32 dəfə rəqib qapısına yol tapıb, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью