Qalatasaray Ayaks dan ayrılmaq istəyən türkiyəli ilə danışıqlar aparır | Icma.az
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni mövsümə hazırlığını davam etdirən ''Qalatasaray'' yerli bir müdafiəçi transfer etmək istəyir.
''A Spor'' kanalının iddiasına görə İstanbul nəhəngi diqqətini ''Ayaks''lı Ahmetcan Kaplana yönəldib.
22 yaşlı futbolçunun meneceri İstanbul nəhənginin rəsmiləri, eləcə də ''Köln'' ilə danışıqlar aparır.
Çünki bundesliqanın debütantı da ona maraq göstərir. Özü də bu danışıqlar ''Ayaks''ın icazəsi ilə aparılır.
Bunu amsterdamlıların baş məşqçisi Con Heytinqa da təsdiqləyib. Kaplan ''Ayaks''ın ''Mexelen''ə qarşı son yoxlama matçında iştirak etmədi.
Heytinqa oyundan sonra türkiyəli ilə bağlı suala cavab verərkən bunları dedi: ''Kaplan karyerasında yeni səhifə açmaq istəyir.
Yeni bir meydan oxuma üçün bizdən icazə istəyib''. Qeyd edək ki, Ahmetcan Kaplan ''Trabzonspor''un yetirməsidi.
Tam oxu
Xəbəri oxu