Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Ayaks”la keçirəcəyi qarşılaşmanın hazırlıqlarına start verib.
Missiya.Az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda baş məşqçi Okan Burukun rəhbərliyi altında Kemerburgaz Metin Oktay Təsislərində məşqə çıxıb. İsinmə hərəkətləri ilə başlayan məşq prosesinə ötürmə və qaçış çalışmaları daxil edilib, sessiya isə kiçik meydançada keçirilən iki qollu oyunla yekunlaşıb.
Xəstəliyini arxada qoyan İsmayıl Yakobs, eləcə də fərdi hazırlıq proqramını tamamlayan Vilfrid Sinqo komanda ilə birgə məşqdə iştirak ediblər.
“Qalatasaray” “Ayaks”la səfərdə noyabrın 5-də qarşılaşacaq. Komanda oyuna hazırlıqlarını sabah saat 11:00-da davam etdirəcək.
Seyranə Quliyeva
Missiya.Az