Qalatasaray azarkeşlərinə müjdə

22.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Qalatasaray"ın zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan futbolçusu Viktor Osimhenin dönüş ehtimalı getdikcə artır.

Bakıvaxtı.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, nigeriyalı hücumçunun müalicə və reabilitasiya prosesi plan üzrə davam edir.

Son məlumata görə, 27 yaşlı forvard milli komandaların oyunları üçün verilən fasilədən sonra formasına qovuşacaq. Ulduz futbolçunun oktyabrın 9-da baş tutacaq "Qalatasaray" - "Kasımpaşa" qarşılaşmasında yenidən komandasına kömək edə biləcəyi vurğulanır.

Xatırladaq ki, V.Osimhen sentyabr ayının əvvəllərində "Başakşəhər"ə qarşı keçirilən Superliqa mübarizəsində sağ qasıq nahiyəsindən zədə alaraq meydanı tərk etmişdi. Həmin ərəfədə "Qalatasaray" klubu rəsmi açıqlama yayaraq oyunçunun sağ adduktor əzələ qrupunda gərginlik və ağrılar olduğunu bəyan etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью