Qalatasaray Barış Alper Yılmazın dəyərini ikiqat artırdı

23.01.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qalatasaray" Barış Alper Yılmazı transfer etmək istəyən klubların minimum 40 milyon avro ödəməli olacaqlarını bildirib.

Oxu.Az "NtvSpor"a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem" klubu hücumçu üçün 25+5 milyon avro təklif etsə də, "Qalatasaray" rəsmiləri keçidə icazə verməyiblər.

Klub rəsmiləri Barışın transferi üçün minimum 40 milyon avro tələb ediblər.

Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 29 oyunda 11 qol vurub, iki məhsuldar ötürmə edib. Futbolçunun "Transfermarkt" portalındakı dəyəri 20 milyon avro qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью