“Qalatasaray” Batrakova qiymət qoydu

14.11.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qalatasaray” futbolçusu Aleksey Batrakovun transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, “cim-bom” adı Avropanın nəhəng klubları ilə hallanan yarımmüdafiəçi üçün azı 70 milyon avro tələb edir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Barselona”, “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted” və PSJ rusiyalı futbolçunu yaxından izləyir. Klublar qış transfer dönəmində Batrakov üçün hərəkətə keçəcək.

21 yaşlı futbolçu bu mövsüm “Qalatasaray” formasıyla 18 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью