Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qalatasaray” istədiyi müdafiəçini Almaniyada tapıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu mövsümün sonunda “Bavariya”nın müdafiəçisi Rafael Querrero ilə müqavilə imzalamağı planlaşdırır.
“Cim-bom” rəsmiləri 32 yaşlı portuqaliyalı üçün indidən danışıqlara başlayıb. Rafaelin “Bavariya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, 2023-cü ildə “Borussiya”dan (Dortmund) Münhen klubuna keçmişdi.
Querreronun əvvəllər “Kan”, “Loryen” komandalarının da formasını geyinib.