“Qalatasaray” bir daha tarixə keçdi

18.02.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Türkiyənin “Qalatasaray” klubu növbəti dəfə tarixə keçib.

“Cebheinfo.az” xəbər verir ki, “Cim-Bom” ötən gün Super Liqanın 24-cü həftəsində qonaq olduğu “Çaykur Rizespor”u 2-1 hesabı ilə məğlub edib.

Bununla da, sarı-qırmızılılar Türkiyə Super Liqasında bir ilkə imza atıblar. 

Belə ki, “Qalatasaray” bu mövsüm meydana çıxdığı ilk 23 maçtın 20-sində qələbə qazanıb. 

“Cim-Bom” Super Liqa tarixində bu unikal göstəriciyə sahib olan ilk komanda kimi tarixə keçib.

Qeyd edək ki, onlar, sözügedən qarşılaşmaların 3-də isə bərabərə qalıblar. 

Başqa sözlə desək, “Qalatsaray” 24 oyundur məğlub olmur. Həmçinin, Okan Burukun rəhbərlik etdiyi komanda ardıcıl 32 matçda qol vuraraq da inanılmaz göstəriciyə nail olub.

Elmir Mustafa
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью