Qalatasaray Braziliya millisinin üzvü ilə anlaşdı

09.08.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin qapıçısı Ederson karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" braziliyalı qolkiperi transfer etməyə yaxındır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Edersonla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 31 yaşlı "əlcək sahibi" "sarı-qırmızılar"ın illik 8 milyon avroluq maaş təklifini qəbul edib.

"Qalatasaray" İngiltərə klubu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, "Mançester Siti" Edersonu 2017-ci ilin yayında "Benfika"dan transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm "şəhərlilər"in heyətində 40 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью