“Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir

29.10.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qalatasaray” heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Braziliya millisinin və “Flamenqo”nun futbolçusu Leo Pereyranı transfer etmək istəyir.

Türkiyə çempionu 30 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün artıq hərəkətə keçib. Braziliya klubu isə futbolçusunun transferi müqabilində 12 milyon avro tələb edir.

Pereyranın “Flamenqo” ilə müqaviləsi 2027-ci il dekabrın 31-dək qüvvədədir.

Qeyd edək ki, braziliyalı müdafiəçi karyerası ərzində “Atletiko Paranaense”, “Nautiko” və ABŞ-nin “Orlando Siti” klublarında da çıxış edib.

“Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir” İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı “Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu La Liqa klubunda yeni təyinat - RƏSMİ Ronaldo Messini geridə qoydu – TARİXƏ DÜŞDÜ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью