Qalatasaray Braziliyadan tanınmış oyunçunu gətirməyə hazırlaşır

04.01.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qalatasaray" heyətini niderlandlı futbolçu ilə gücləndirə bilər.

Sportal.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Türkiyə çempionu Memfis Depayı heyətinə qatmaqda israrlıdır.

31 yaşlı vingerin "Korintians"la müqavilə müddəti 2026-cı il avqustun 31-də başa çatacaq.

Depay Avropaya qayıtmağa can atmır. Amma “Qalatasaray” rəsmiləri niderlandlıya yüksək məvacib təklif edib.

PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko”da oynamış Memfis 2024-cü ildən “Korintians”da çıxış edir.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью