Qalatasaray bu futbolçu ilə maraqlanır

19.02.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Rusiyanın "Spartak" klubunun hücumçusu Manfred Uqalde Türkiyə klubuna keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" “A Spor”a istinadən xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu 22 yaşlı futbolçu ilə maraqlanır.

Rusiya çempionatının cari mövsümündə Uqalde 18 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Uqaldenin "Spartak"la müqaviləsi 2028-ci ilə qədərdir.

"Transfermarkt"ın məlumatına görə, futbolçunun dəyəri 15 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью