“Qalatasaray” bu futbolçusunu itirə bilər

01.02.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Qalatasaray”ın yarımmüdafiəçisi Lukas Torrera komandadan ayrıla bilər. Uruqvaylı futbolçu bu barədə müsahibəsində deyib.

28 yaşlı oyunçu ailəsi və ölkəsi üçün darıxdığını bildirib. O, növbəti mövsüm klubundan ayrıla biləcəyini də qeyd edib.

Lukas Torrera “Qalatasaray”ın əsas simalarından biridir. O, bir müddət öncə türkiyəli sevgilisi, gənc aktrisa Devrim Özkandan ayrılıb.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью