Qalatasaray bu gün yeni hücumçusuna qovuşur Transferin detalları

01.09.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qalatasaray" Deniz Gülün transferi ilə bağlı "Porto" ilə yekun razılığa gəlib.
Demokrat.az
xəbər verir ki, sarı-qırmızılı klub 22 yaşlı, 1,92 metr boya malik hücumçu üçün 11 milyon avro təzminat ödəyəcək.
Deniz Gülün bu gün İstanbula gələrək 5 illik müqavilə imzalaması gözlənilir.
Deniz Gül Lesli Uqoçuku, Aleksey Batrakov və Rafael Leaodan sonra "Qalatasaray"ın dördüncü transferi olacaq.
2 iyul 2004-cü ildə İsveçin paytaxtı Stokholmda anadan olan Deniz futbola "Djursholm" klubunda başlayıb. 2021-ci ildə "Hammarby"nin U-19 komandasına keçən Deniz 2023-cü ildə əsas komandaya yüksəlib və bir il sonra 4,5 milyon avroya "Porto"ya satılıb.
Deniz Gül "Porto"nun heyətində keçirdiyi 71 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Gənc futbolçu Türkiyə millisinin formasını da 10 dəfə geyinib və 2 qol vurub.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью