Qalatasaray bunu tarixində cəmi ikinci dəfə bacardı | Icma.az
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Superliqada 16-cı tura ''Rams Park''da ''Qalatasaray'' - ''Trabzonspor'' oyunu ilə yekun vuruldu.
Çox dramatik və məhsuldar alınan matçın gedişində ''Trabzonspor'' iki dəfə hesabda geri düşsə də, fasilədən sonra sürpriz şəkildə 3:2 önə keçməyi bacardı.
Amma əzmkar ''Cim-Bom'' özündə güc taparaq növbəti dəfə geridönüş etdi və 4:3 hesablı qələbə qazandı.
Maraqlıdı ki, ''Aslan'' son 5 rəsmi oyunda hesabda geri düşsə də, bu qarşılaşmaların heç birində məğlub olmayıb (2 qələbə, 3 heç-heçə)!
Ən yaxın rəqibi ''Fənərbaxça'' ilə aradakı 6 xallıq fərqi qoruyan komandanın məğlubiyyətsiz seriyası 19 rəsmi oyuna çatdı (14 qələbə, 5 heç-heçə).
15 oyuna 41 xal (13 qələbə, 2 heç-heçə) ''Qalatasaray'' tarixinin ən uğurlu nəticəsi olmaqla yanaşı, turnirin tarixinin rekordunun təkrarlanması deməkdi.
''Sarı-qırmızılar'' ilk dövrədə həm ''Fənərbaxça'' (3:1), həm ''Beşiktaş'' (2:1), həm də ''Trabzonspor''u (4:3) məğlub etməyi bacardılar.
Tam oxu
Xəbəri oxu