Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Qalatasaray" "Ayntraxt Frankfurt"da çıxış edən milli futbolçu Can Uzunun transfer haqqı ilə bağlı danışıqları davam etdirir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sabah" yayıb.
Məlumata görə, klubların mövqeləri arasındakı fərq 10 milyon avroya qədər artıb.
"Sarı-qırmızılar"ın Can üçün etdiyi ilkin 25 milyon avroluq təklif rədd edilib, bundan sonra isə bonuslar daxil olmaqla 35 milyon avroluq yeni təklif irəli sürülüb.
Baş məşqçi Okan Burukun 20 yaşlı futbolçunun müxtəlif mövqelərdə oynamaq bacarığına görə bu transferdə çox maraqlı olduğu qeyd edilir və milli futbolçunun yay transfer pəncərəsi bağlanana qədər İstanbul nəhənginin hədəfində qalacağı gözlənilir.
Can Uzun ötən mövsüm "Ayntraxt Frankfurt"un heyətində 28 oyuna çıxaraq, 10 qol vurub və 5 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli