Qalatasaray Çelsi nin hücumçusunu heyətinə qatmağa yaxındır

10.08.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Qalatasaray" "Çelsinin" hücumçusu Emanuyel Emeqanı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "TRT Spor" yayıb.

Məlumata görə, legioner hücumçu axtarışında olan "sarı-qırmızılar" niderlandlı futbolçunu transfer etməyi düşünür.

İngiltərə klubunun rəhbərliyi isə icarə variantına müsbət yanaşır. "Zadəganlar" gənc oyunçunun bu baxımdan təcrübə qazanacağını düşünür.

23 yaşlı forvard ötən mövsüm "Strasburq"un heyətində 18 matça çıxaraq, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью