Qalatasaray çempionluq yürüşünə çıxıb

25.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Qalatasaray"ın futbolçuları və texniki heyəti İstanbulda çempionluq yürüşü təşkil ediblər.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, "cim-bom" üstü açıq avtobusla şəhər turuna çıxıb.

Avtobusla şəhəri gəzən komandaya azarkeşlər böyük maraq göstəriblər. Futbolçular da yol kənarlarında sıx izdiham yaradan azarkeşlərə əl yelləyiblər.

Heyət Sarayburnunda avtobusdan enərək ailələri ilə birlikdə qayığa minib. Qayıqla Boğaziçi turundan sonra futbolçular Yenikapıya yollanıblar. Yekun mərasim məhz orada baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью