Qalatasaray cəzada da zirvədədi! | Icma.az
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə geridə qoyduğumuz mövsümdə cəzalarla bağlı göstəricilər bəlli olub.
"Football-plus.az" xəbər verir ki, 8 avqust 2024 - 4 iyun 2025 tarixləri arasında Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən İntizam Komitəsinin ümumilikdə 70 iclası baş tutub.
Ötən mövsüm Türkiyənin peşəkar liqalarında ümumilikdə 139 klub çıxış etdi. 3095 olayla bağlı İntizam Komitəsinə sövq halları baş verib.
Apellyasiyadan sonra onların sayı 1833-ə düşüb. Bu sövqlərdə klublara ümumilikdə 183 milyon 486 min 190 lirə cərimə verilib.
Bununla da cərimələrdə bir mövsüm üçün yeni rekord qeydə alınıb!
Maraq üçün bildirək ki, 2023/24-də Türkiyədə bütün peşəkar klublara ümumilikdə 116 milyon 706 min cəza verilmişdi.
Superliqada yer alan 19 klubun isə İK-ya sövq edilməsi halına 777 dəfə rast gəlinib və onların 317-si apellyasiyadan dönüb.
Tam oxu
Xəbəri oxu