Qalatasaray ciddi itki ilə üzləşdi

14.11.2024

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi İsmail Yakobs sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Seneqallı futbolçu Super Liqanın 12-ci turunun "Samsunspor"la matçında ayağından zədələnib. 25 yaşlı sol cinah müdafiəçisi 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Qalatasaray" İsmail Yakobsu mövsümün əvvəlində "Monako"dan transfer edib. Seneqal millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью