Qalatasaray ÇL ə vəsiqəni rəsmiləşdirdi

12.04.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Superliqasında 31-ci tur 1 oyunla start verilib.

QOL.az xəbər verir ki, “Qalatasaray” "Samsunspor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu qələbə ilə lider "Qalatasaray" xallarının sayını 74-ə çatdırıb (29 oyuna). Nəticədə komanda növbəti mövsüm üçün Çempionlar Liqasının təsnifat mərhələlərinə vəsiqəni rəmsiləşdirib.

"Fənərbaxça" 68 xalla 2-ci (28 oyun), "Samsunspor" isə 51 xalla (30 oyun) 3-cüdür.

Türkiyə Superliqası, 31-ci tur

11 aprel

"Samsunspor" – "Qalatasaray" - 0:2

Qollar: Akgün, 14, Osimhen, 46

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью