futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qalatasaray” UEFA Çempionlar Liqasının V turunda sabah “Aston Villa”nı qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi sözügedən oyuna ciddi itki ilə çıxacaq. Hücumçu Viktor Osimhen matçda iştirak etməyəcək. Bu barədə komandanın baş məşqçisi Okan Buruk yerli mətbuata açıqlamasında deyib.
Nigeriyalı forvard zədə səbəbindən qarşılaşmanın heyətində yer almayacaq.
“Qalatasaray” – “Aston Villa” oyununa 21:45-də start veriləcək.