Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Futbol üzrə Türkiyə Super Liqasının yeni mövsümü bu gün start götürür.
Bakıvaxtı.az xəbər verir ki, yeni mövsümün açılış matçında saat 22:30-da "Qalatasaray" evində debütant "Çorum"u qəbul edəcək.
Super Liqanın birinci turunda sabah "Trabzonspor" səfərdə Kasımpaşa, "Fənərbağça" isə "Gənclərbirliyi" ilə qarşılaşacaq. Növbəti oyun günündə "Beşiktaş" doğma meydanda "Eyüpspor"u qəbul edəcək.
Tura avqustun 17-də "Samsunspor" - "Göztəpə" oyunu ilə yekun vurulacaq.
Xatırladaq ki, Super Liqanın son çempionu "Qalatasaray" klubudur.