Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Türkiyənin "Qalatasaray" klubunda 2 ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, müdafiəçi Viktor Nelssonla hücumçu Mişi Batşuayi İstanbul təmsilçisini tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Qalatasaray" Batşuayini 3 milyon avroya "Ayntraxt"a satıb.
Nelsson isə "Roma"ya icarəyə verilib. İtaliya klubu 10 milyon avro ödəməklə danimarkalı mərkəz müdafiəçisinin transfer hüququna yiələnə bilr
Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "kopenhagen"dən transfer edib.
26 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"In heyətində 18 rəsmi matçda iştirak edib.
Mişi Batşuayi isə mövsümün əvvəlindən "cim bom"da çıxış edirdi.
31 yaşlı forvard komandanın heyətində keçirdiyi 30 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.