Qalatasaray da 2 ciddi itki

17.10.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Super Liqasının 9-cu həftəsində "Qalatasaray" sabah səfərdə "Başakşehir"lə qarşılaşacaq .

Apasport.az xəbər verir ki, "cimbom" bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. 

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk sabahkı qarşılaşmada 2 əsas müdafiəçisinin köməyindən məhrum olacaq. 

Belə ki, Liqanın 8-ci həftəsində "Beşiktaş" derbisində zədələnən Kot d-İvuar millisinin müdafiəçisi Vilfrid Sinqo və qırmızı vərəqə alan kolumbiyalı müdafiəçi Davinson Sançes "Başakşehir"ə qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, matç saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Atilla Karaoğlan olacaq.

Klub prezidentini öz avtomobilində GÜLLƏLƏDİLƏR “Liverpul” Van Daykın əvəzləyicisini tapdı Talişkanın gələcəyi bəlli oldu - KOMANDADAN GÖNDƏRİLƏCƏK Asiyada ilin ən yaxşı futbolçusu bəlli olub Oyarzabal La Liqada klubunu dəyişə bilər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью