Qalatasaray da 25 milyonluq anlaşma

10.07.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oyun qurucusunu gücləndirmək istəyən Türkiyə nəhəngi yay transfer pəncərəsində böyük bir transferi rəsmiləşdirmək istəyir.

Fanat.Az məşhur türkiyəli insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, Lesli Uqoçukvunun meneceri "Cimbom"la anlaşmaq üçün bu gün İstanbula gəlir.

"Sarı-qırmızı"lar 2 milyon avro icarə haqqı ödəyəcəklər. Həmçinin, 25 milyon avroluq satınalma hüququ ilə razılığa gəlib.

Lesli bu mövsüm 38 matçda çıxış edib. Bunun 29-da ilk 11-də qeydə alınıb. Çıxış etdiyi dövrdə 3 qol 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, fransalı oyunçu karyerası ərzində "Çelsi", "Renn", "Sautempton”da çıxış edib.


Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью