Qalatasaray da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər

21.09.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Qalatasaray" rəhbərliyi Okan Burukla yollar ayrılacağı təqdirdə komandanı tapşıracağı yeni baş məşqçini müəyyənləşdirib.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisinin bir nömrəli hədəfi Didye Deşamdır.

"Sarı-qırmızılar"ın rəhbərliyi ayrılıq yaşansa, son olaraq Fransa milli komandasını çalışdırmış təcrübəli mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, O. Buruk 4 ildir "Qalatasaray"ı çalışdırır. O, komandanı 4 dəfə Türkiyə çempionu edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью