Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
"Qalatasaray" həm "Napoli", həm də Viktor Osimhenlə bütün şərtlərdə razılıq əldə etsə də, transfer hələ rəsmi şəkildə elan olunmayıb.
Demokrat.az xəbər verir ki, Bankalar Birliyi müqaviləsindən çıxaraq Super Liqa tarixinin ən bahalı transferinə yol açan "sarı-qırmızılılar"ın Osimhen transferini KAP (İctimai Açıqlama Platforması) vasitəsilə rəsmiləşdirməsi gözlənilir.
Klub prezidenti Dursun Özbək bununla bağlı bildirib: "Osimhen transferində imzalar atılarsa, inşallah bu transfer prosesinin bütün detalları ilə bağlı məlumat verəcəyəm. O zaman yaşananlara görə bizə haqq verəcəksiniz. Hər detalı ilə diqqətlə irəlilədiyimiz bir prosesdir".
Transferin hələ açıqlanmamasının səbəbi kimi rəsmi sənəd işlərinin uzanması göstərilir. 40 milyon avroluq ilkin ödənişi toplamağa çalışan "Qalatasaray", qarşıdakı 48 saat ərzində transferi rəsmiləşdirməyi planlaşdırır. Qalan 35 milyon avroluq hissənin isə iki hissədə və banka zəmanəti ilə ödənəcəyi bildirilir.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, Bankalar Birliyi müqaviləsindən çıxaraq Super Liqa tarixinin ən bahalı transferinə yol açan "sarı-qırmızılılar"ın Osimhen transferini KAP (İctimai Açıqlama Platforması) vasitəsilə rəsmiləşdirməsi gözlənilir.