Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
“İnter Mayami”nin futbolçusu Lionel Messi barədə yeni iddia irəli sürülüb.
Metbuat.az xəbər verir ki, türkiyəli jurnalist Levent Tüzemenin iddialarına görə, argentinalı ulduz "Qalatasaray"la danışıqlar aparıb. Bildirilib ki, "Qalatasaray"la yaxın əlaqələri ilə tanınan jurnalist iddia edib ki, Dünya Kubokuna yaxşı formada yollanmaq istəyən Messi Avropaya qayıtmaq istəyir və o, “Qalatasaray”da oynamağa etiraz etməyib. Messinin Türkiyə nəhəngindən 12 oyunluq müqavilə istədiyi iddia edilib.
Jurnalistin sözlərinə görə, Messi yalnız İstanbulda oynamaq və səfər oyunlarına getməmək şərti ilə 12 oyunluq müqavilə istəyib.