Qalatasaray da tarix yazan futbolçu klubu tərk edir

21.05.2025

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Fernando Muslera mövsümün sonunda "Qalatasaray"ı tərk edəcək.

Metbuat.az xəbər verir ki, uruqvaylı qolkiper bu barədə qərarını "Qalatasaray" rəhbərliyinə bildirib. O, klubla yeni müqavilə imzalamaq istəmədiyini ifadə edib. Futbolçu ölkəsinə qayıtmaq istədiyini bəyan edib. "Qalatasaray" rəhbərliyi futbolçunun qərarına hörmətlə yanaşıb.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. Futbolçu 8 dəfə Türkiyə Superliqasının, 6 dəfə Türkiyə Superkubokunun, 5 dəfə isə Türkiyə Kubokunun qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью