Qalatasaray da vərəqə canavarı

11.03.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin "Qalatasaray" klubunun ulduz futbolçusu Barış Alper Yılmaz UEFA Çempionlar Liqasında göstərdiyi performansla yanaşı, rəqib müdafiəçilərə yaşatdığı çətinliklərlə də gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, gənc hücumçunun sürəti və aqressiv oyun tərzi rəqib oyunçuların ard-arda cəzalanmasına səbəb olur.

"Cim-bom"un hücum xəttinin əsas simalarından olan Barış Alper, qitənin ən nüfuzlu turnirində rəqibləri üçün əsl "vərəqə tələsi"nə çevrilib. Belə ki, onun qarşısını kəsməkdə çətinlik çəkən bir çox tanınmış futbolçu hakim tərəfindən sarı və ya qırmızı vərəqə ilə cəzalandırılıb.

Barış Alper Yılmazın rəsmi "qurbanları" siyahısında Avropanın tanınmış simaları yer alır:

• Andrea Kambiaso (sarı vərəqə)

• Xuan Kabal (qırmızı vərəqə)

• Lloyd Kelli (qırmızı vərəqə)

• Miloş Kerkez (sarı vərəqə)

• Vircil van Dayk (sarı vərəqə)

Türkiyəli futbolçunun fiziki gücü və dayanmadan etdiyi driblinqlər dünyanın ən təcrübəli müdafiəçilərini belə qayda pozuntusuna məcbur edir.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью