Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Çempionlar Liqasının pley-off mərhələsinə vəziqə qazanan "Qalatasaray" transfer çalışmalarını sürətləndirib.
Demnokrat.az xəbər verir ki, "sarı-qırmızılı" klubda transfer gündəmi dünən keçirilən yüksək səviyyəli toplantıda bir daha nəzərdən keçirilib. Görüşdə klub prezidenti Dursun Özbek, “Sportif AŞ”nin sədr müavini Abdullah Kavukçu və baş məşqçi Okan Burukun iştirakı ilə gündəmdə olan futbolçuların maliyyə şərtləri ətraflı şəkildə qiymətləndirilib.
Toplantıda yarımmüdafiəçi transferi ilə yanaşı, digər mövqelər üzrə də fikir mübadiləsi aparılıb. Xüsusilə 23 yaşadək legioner kvotasında qalan bir yerin sol mərkəz müdafiəçisi transferi üçün istifadə edilməsi variantının ön plana çıxdığı öyrənilib.
"Milliyet"də yer alan məlumata görə, yarımmüdafiə üçün siyahının üst sıralarında olan Pape Qeyenin transfer dəyəri klub rəhbərliyini düşündürür. Bildirilir ki, "Vilyarreal" 27 yaşlı seneqallı futbolçu üçün 40 milyon avro transfer haqqı tələb edir.
Bundan əlavə, futbolçunun illik 8 milyon avro maaş istədiyi də qeyd olunur. Bu məbləğlərin, seçki prosesinə daxil olan prezident Dursun Özbeki daha ehtiyatlı davranmağa vadar etdiyi vurğulanır.
Bu mövsüm "Vilyarreal" forması ilə 23 rəsmi oyunda meydana çıxan Pape Qeye 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demnokrat.az xəbər verir ki, "sarı-qırmızılı" klubda transfer gündəmi dünən keçirilən yüksək səviyyəli toplantıda bir daha nəzərdən keçirilib. Görüşdə klub prezidenti Dursun Özbek, “Sportif AŞ”nin sədr müavini Abdullah Kavukçu və baş məşqçi Okan Burukun iştirakı ilə gündəmdə olan futbolçuların maliyyə şərtləri ətraflı şəkildə qiymətləndirilib.