Qalatasaray dan ayrılan İkardi karyerasını İtaliyada davam etdirə bilər

16.08.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Latsio" "Qalatasaray"dan ayrılan Mauro İkardini "rənglərinə bağlaya" bilər. Sport24.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Canluka Di Marsio "X" sosial media hesabında paylaşım edib. 

Mənbənin sözlərinə görə, Roma klubu baş məşqçi Gennaro Qattuzonun tələblərinə cavab verən hücumçu axtarır. "Qartallar" iki variantı nəzərdən keçirir. Azad agent statusunda olan İkardi və "Sassuolo"dan Andrea Pinamonti.

"Latsio" rəsiləri İkardi ilə gündəlik əlaqə saxlayır. 33 yaşlı hücumçu bir müddət əvvəl "Olimpiakos"dan gələn təklifi rədd etmişdi. Adı açıqlanmayan Meksika klubunun da onunla maraqlandığı bildirilir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью