Qalatasaray dan Fənər lə derbi öncəsi çətin qələbə

18.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Superliqasında XXIV tura yekun vurulub.

Axar.az xəbər verir ki, bağlanış oyununda lider "Qalatasaray" səfərdə "Rizəspor"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul təmsilçisinin heyətində hər iki qolu Viktor Osimhen vurub. Meydan sahiblərinin yeganə qoluna isə Ali Sou imza atıb.

Bu qələbə ilə xallarını 63-ə çatdıran "Qalatasaray" ilk pillədə qərarlaşıb. "Rizəspor" isə 27 xalla 12-cidir.

Qeyd edək ki, "Qalatasaray" Superliqada növbəti oyununu fevralın 24-də doğma meydanda "Fənərbağça"ya qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью