Qalatasaray dan Gedson həmləsi: Spartak la danışıqlar başladı

07.06.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Qalatasaray" klubu yay transfer pəncərəsində heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Gedson Fernandesin transferi ilə bağlı Rusiyanın "Spartak Moskva" klubu ilə danışıqlara başlayıb.

"Sözcü" nəşrinin məlumatına görə, "Qalatasaray" portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır. 27 yaşlı futbolçunun özü də Türkiyəyə qayıtmağa isti baxır. 

Hazırda tərəflər arasında müzakirələrin davam etdiyi bildirilir.

Qeyd edək ki, Gedson Fernandes 2022-2025-ci illərdə Beşiktaşın formasını geyinib. Daha sonra o, "Spartak Moskva"ya transfer olunub.

"Fənərbaxça" prezidentini seçir: Yıldırım Hakan Safiyə qarşı "Beşiktaş" mövsümə iddialı başlayır: Qarnaço planı Montella: "Bu birliyi qorumaq məcburiyyətindəyik" "Fənərbaxça"dan Hakan Çalhanoğlu bombası: 3+1 illik müqavilə Yoxlama matçı: Türkiyə Venesuelanı məğlub edib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью