Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Türkiyənin "Qalatasaray" klubu yay transfer pəncərəsində bütün dünyanı şoka salacaq bir gediş etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" "Mançester Yunayted"in kapitanı Brunu Fernandeşi heyətinə qatmağı özünün əsas hədəfi kimi müəyyənləşdirib.
"Sporx" nəşrinin yaydığı məlumata görə, İstanbul təmsilçisi portuqaliyalı ulduz üçün bütün maliyyə sərhədlərini aşmağa hazırdır və ulduz futbolçuya illik 12 milyon avro xalis maaş təklif edərək onu razı salmağa çalışır.
31 yaşlı yarımmüdafiəçinin müqavilə vəziyyəti və yaşı səbəbindən transferin 40 milyon avrodan aşağı bir məbləğə baş tuta biləcəyi proqnozlaşdırılır.