Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Almaniya nəhəngi "Bavariya"da forma geyinən 23 yaşlı hücumameylli yarımmüdafiəçi Camal Musiala "Qalatasaray"ın gündəminə düşüb.
Fanat.Az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, menecerlər gənc ulduzun icarə əsasında transferini "sarı-qırmızılı" kluba təklif ediblər.
İstanbul nəhənginin rəhbərliyi bu keçidin reallaşma ehtimallarını araşdırmağa başlayıb.
Musialanın "Bavariya"dakı gələcəyi bəlli olduqdan sonra "Qalatasaray"ın rəsmi addım atacağı bildirilir.