Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
““Lokomotiv Moskva”nın yarımmüdafiəçisi Aleksey Batrakov "Qalatasaray"a keçidini rəsmiləşdirmək üçün tezliklə İstanbula yola düşəcək”.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Uğur Öztürk özünün "X" sosial şəbəkəsində paylaşım edib.
"Belə bir xəbərlə əhvalınızı qaldırarmı, bilmirəm, amma Batrakov İstanbula gəlir. Oyunçu tezliklə bura gətiriləcək. Növbəti addım Rafael Leao olacaq", – deyə o qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl mediada yayılan məlumatlarda Türkiyə klubunun rusiyalı futbolçu üçün 28 milyon avro ödəməyə hazır olduğunu bildirirdi.
Əhməd
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin