Qalatasaray dan qalmaqallı oyun barədə açıqlama

11.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Biz "Qalatasaray"-"Adana Dəmirspor" matçından öncə, oyun zamanı və sonra baş verən prosesləri işıqlandırmaq üçün məhkəmə orqanlarına müraciət etmişik.

Axar.az xəbər verir ki, bu barədə “Qalatasaray” futbol klubunun mətbuat xidməti fevralın 9-da yarımçıq dayandırılan oyun barədə X hesabında bildirib.

“Qalatasaray” Türkiyə futbolunda ədalətin tərəfində olmağa davam edəcək və meydanda ən yaxşı olmaq və orada qalib gəlmək üçün hər cür səy göstərəcək”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Türkiyə Superliqasının 23-cü turunda “Qalatasaray”-“Adana Dəmirspor” matçı yarımçıq dayandırılıb. Buna səbəb kimi hakimin haqsız penalti qərarı göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью