Qalatasaray dan şok məğlubiyyət debütant çempionu üstələdi

10.11.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə çempionatının 12-ci turunda ''Qalatasaray'' debütant ''Kocaelispor''un qonağı oldu.

Deyəsən əsas gücünü Çempionlar Liqasına qoyan və bu turnirdə ardıcıl önəmli qələbələr qazanan İstanbul nəhəngi çempionat oyunlarına əvvəlki kimi köklənə bilmir. Çünki ''sarı-qırmızılar''ın superliqada nəticələri zəifləməyə başlayıb.
Ötən tur evdə ''Trabzonspor''la qolsuz bərabərə qalan son çempion bu dəfə minimal hesabla məğlub olub. İlk yarının sonlarında ingiltərəli vinger Daniel Aceyin vurduğu qol ''Kocaelispor''a sürpriz qələbə qazandırıb.
Beləliklə, ''Qalatasaray'' 29 xalla zirvədəki yerini qorusa da, komandanın Türkiyə çempionatında 19 oyunluq məğlubiyyətsiz seriyası qırılıb. ''Cim-Bom'' ilk 7 turda xal itirməmişdisə, son 5 turda artıq 7 xal itirib!
''Kocaelispor'' güclü rəqibinə qarşı keçirdiyi son oyunda - 2009-un fevralında İstanbulda 5:2 hesabı qalib gəlmişdi. Yəni Kocaeli təmsilçisi tarixində ilk dəfə ''Qalatasaray''ı elitada ardıcıl iki oyunda məğlub etməyi bacardı. Evdə isə bu kollektiv ''aslan''ı sonuncu dəfə 1984-ün dekabrında yenmişdi!
Yeri gəlmişkən, ''Qalatasaray''ın debütantlara qarşı 10 oyunluq qələbə seriyası başa çatdı. Bu, klub tarixinin ən uzun seriyası idi. Maraqlıdı ki, yığma fasiləsindən sonra komanda daha bir debütant - ''Gənclərbirliyi'' ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью