Qalatasaray dan sürpriz hücumçu həmləsi

23.12.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Türkiyənin nəhəngi "Qalatasaray" transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəber verir ki, "sarı-qırmızılılar"ın hədəfində bu dəfə "Sent-Qallen"də (icarə əsasında "Nitsa"dan) çıxış edən gənc hücumçu Aliou Balde var.

22 yaşlı Qvineya əsilli futbolçunun sürəti və texnikası "Cimbom"un skautlarının diqqətini çəkib.

Klub rəhbərliyi gənc istedadın transfer şərtlərini öyrənmək üçün qarşı tərəflə ilkin təmaslara başlamağı planlaşdırır.

Balde hazırda İsveçrə çempionatında nümayiş etdirdiyi performansla Avropanın digər klublarının da maraq dairəsindədir.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью