Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fernando Musleranın gedişindən sonra bu mövqeyə oyunçu axtarışlarını davam etdirən "Qalatasaray" istədiyi oyunçunu İtaliyada tapıb.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" ötən mövsüm UEFA Çempionlar Liqasının finalçısı olan "İnter"in qolkiperi Yann Zommerlə yaxından maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi 36 yaşlı qapıçı üçün A Seriyası klubu ilə danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, Zommer 2023-cü ildə "Bavariya"dan 8 milyon avro qarşılığında "İnter"ə transfer olunub.
İsveçrə millisinin üzvü bu komandada bir dəfə A Seriyasını, bir dəfə isə İtaliya Superkubokunu qazanıb.
Onauçu Trabzona gəlir - VİDEO Mourinyo yeni mövsümdə qapını ona tapşıracaq İsmail Kartaldan sonra "Persepolis"dən bomba qərar "Qalatasaray" istədi, Premyer Liqa klubu aldı "Qalatasaray"dan Kökçü bombası: Danimarkalını göndərəcək, millinin üzvünü gətirəcək